COP29

Cəlal cəzalandırıldı, "Levski" komandasına 4 qol vurdu

25 Fevral 11:55 Bizimkilər 419
Cəlal cəzalandırıldı, "Levski" komandasına 4 qol vurdu

Azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun da formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında 22-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda səfərdə Sofiya “Levski”si ilə qarşılaşıb.

"Arda" 0:4 hesabı ilə məğlub olub. Cəlal da bu matçın iştirakçısı olub.

O, meydana start heyətdə çıxıb və sonadək oynayıb. Cəlal 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

“Arda” hazırda 31 xalla 8-ci pillədə qərarlaşıb.

"Levski" - "Arda" 4:0

Qollar: Petkov, 9, Qalçev, 33, Lima Kosta, 45, Əl-Jemili, 49

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"