COP29

Ağayev və yandaşlarının ayağı isveçrəlilərə düşdü

25 Fevral 02:10 Bizimkilər 429
Ağayev və yandaşlarının ayağı isveçrəlilərə düşdü

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, FIFA referisi Konfrans Liqası pley-off mərhələsinin "Ludoqorets" - "Servett" matçını idarə edib.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə görə üstünlük əldə edən İsveçrə təmsilçisi 1/8 finala yüksəlib.

Əliyar Ağayev bu görüşdə 6 sarı vərəqə göstərib. O, hər komandanı 3 dəfə cəzalandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"