UEFA AFFA-nın əməkdaşına sertifikat verdi

24 Fevral 2024 04:00 Bizimkilər 614
UEFA AFFA-nın əməkdaşına sertifikat verdi

UEFA AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin maliyyə meyarları üzrə meneceri Bəhram Dadaşovu təltif edib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda keçirilmiş seminarında sertifikat alıb.

Seminar zamanı Niderlandda lisenziyalaşdırma sisteminin inkişafı, klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı qaydalarında yeniliklər, lisenziar olan milli assosiasiyaların sertifikasiyası, UEFA lisenziyalaşdırma üzrə illik hesabatı, lisenziar və lisenziya iddiaçısı arasında kommunikasiyalar, UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı, qadın futbolu, klubların lisenziyalaşdırılması və başqa məsələlər müzakirə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!