Renat əvəzləndi, "Hatay" məğlubiyyətdən qaçdı - VİDEO

18 Fevral 2024 00:30 Bizimkilər 1 598
Renat əvəzləndi, "Hatay" məğlubiyyətdən qaçdı - VİDEO

Türkiyə Superliqasında 26-cı turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" evdə "Sivasspor" qarşılaşıb.

Matç 1:1 hesabı ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

"Hatayspor" 29 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb, "Sivasspor" 34 xalla 8-cidir. "Qalatasaray" 66 xalla (25 oyun) siyahıya liderlik edir.

"Hatayspor" - "Sivasspor" 1:1
Qollar: M
anay, 18 (0:1), Boudyemaa, 75 (1:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti