Mahiri sevindirdilər

17 Fevral 2024 02:40 Bizimkilər 3 131
Mahiri sevindirdilər

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi İspaniya "Betis"i ilə səfərdə qarşılaşıb. Matçda "Dinamo" La Liqa komandasını 1:0 hesabı ilə məğlub edib.

Yeganə qolu isə 75-ci dəqiqədə penaltidən Bruno Petkoviç vurub.

Mahir Emreli zədə səbəbindən bu oyunda iştirak etməyib.

"Dinamo" ilə "Betis" arasında cavab görüşü fevralın 22-də oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!