"Mahirə geri dönmək üçün daha çox vaxt lazım olacaq"

15 Fevral 2024 01:20 Bizimkilər 680
"Mahirə geri dönmək üçün daha çox vaxt lazım olacaq"

Xorvatiya mətbuatı “Dinamo”nun (Zaqreb) zədəli futbolçularının, o cümlədən azərbaycanlı hücumçu Mahir Emrelinin vəziyyətinə toxunub.

Sportinfo.az xəbər verir ki, “Germanijak” portalı millimizin forvardının durumu haqda bunu yazıb:

"Mahir Emreli də bərpa prosesini keçir, sağalır. Lakin ona daha çox vaxt lazımdır.

Məsələ onun Marko Roq və Luka Stoykoviçdən əvvəl meydana çıxıb-çıxmayacağıdır. O, ilin ilk yoldaşlıq matçında əzələsini zədələyib və təxminən iki ayı buraxacağı gözlənilir.

Ona görə də böyük ehtimalla, Emreli yalnız martın əvvəlində məşqlərə başlayacaq, sonra isə heyətə qayıtması üçün ona bir qədər vaxt lazım olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!