Polşa klubu uduzdu, baş məşqçi Rahildən razı qaldı: "Ürəklərini qoydular"

13 Fevral 2024 17:20 Bizimkilər 572
Polşa klubu uduzdu, baş məşqçi Rahildən razı qaldı: "Ürəklərini qoydular"

"Düşünürəm ki, Rahil Məmmədov və Hüseyn Baliçin keyfiyyəti var və bu gün bunu göstərdilər".

Sportinfo.az xəbər verir ki, bunu LKS-in (Polşa) baş məşqçisi Pyotr Stokovets Ekstraklasanın XX turunda səfərdə "Korona"ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis meydanda fərqli kollektiv gördüyünü bildirib:

"Bu nəticəyə görə təəssüflənirəm. Komanda yaxşı işləyir.

Bu qarşılaşmada ürəkli çıxış etdilər. Bizim üçün ağır məğlubiyyət idi.

Çətindir, amma nəticə qazanmağa çalışacağıq və mübarizəni davam etdirəcəyik".

LKS 19 matçdan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Lodz təmsilçisi 15-ci pillədəki "Korona"dan 11 xal geridədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti