"Qarabağ"dan getdi, Polşa çempionatında ilk oyununa çıxdı, üzüldü

13 Fevral 2024 01:50 Bizimkilər 1 729
"Qarabağ"dan getdi, Polşa çempionatında ilk oyununa çıxdı, üzüldü

Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS Polşa çempionatında 19-cu turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda mövsümün ikinci yarısının ilk matçında "Korona Kelçse"nin qonağı olub.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

Bu nəticədən sonra LKS 10 xalla sonuncu - 18-ci, "Korona Kelçse" 21 xalla 15-cidir.

Yanvar ayında "Qarabağ"dan Polşa klubuna keçən Rahil Məmmədovla 1.5 illik müqavilə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!