Renatın komandası Trabzonda necə uduzdu? - VİDEO

13 Fevral 2024 01:20 Bizimkilər 802
Renatın komandası Trabzonda necə uduzdu? - VİDEO

Türkiyə Superliqasında 25-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" səfərdə "Trabzonspor"la qarşılaşıb.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana daxil olub.

"Hatayspor" 28 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb, "Trabzonspor" 40 xalla 3-cüdür. "Qalatasaray" 66 xalla siyahıya liderlik edir.

"Trabzonspor" - "Hatayspor" 2:0
Qollar:
Trezequet, 49, Bardhi, 77

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti