Türkiyədə azərbaycanlı futbolçuların duelindən VİDEO

12 Fevral 2024 00:40 Bizimkilər 851
Türkiyədə azərbaycanlı futbolçuların duelindən VİDEO

Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçular Ramil Şeydayev və Vüsal İsgəndərlinin çıxış etdiyi komandalar üz-üzə gəlib.

Vüsalın oynadığı "Boluspor" öz meydanında Ramilin komandası "Kocaelispor"la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Start heyətdə yer alan Vüsal İsgəndərli 62-ci dəqiqədə əvəzlənib. Şeydayev isə 80 dəqiqə meydanda olub.

Bu nəticədən sonra "Kocaelispor" 43 xalla 3-cü, "Boluspor" isə 33 xalla 8-ci pillədə qərarlaşıb.

"Boluspor" - "Kocaelispor" 1:1

Qollar: Beridze, 4 (0:1), Posmaç, 32 (1:1)

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!