Yunanıstan Superliqasında mərkəzi oyunu idarə edəcək - Azərbaycanlı

9 Fevral 2024 23:20 Bizimkilər 921
Yunanıstan Superliqasında mərkəzi oyunu idarə edəcək - Azərbaycanlı

FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, ədalət təmsilçisi fevralın 11-də keçiriləcək XXII turun PAOK - AEK matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. Yerli referi Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Digər FIFA referimiz Elçin Məsiyev Reynhard Buxbaumla birlikdə VAR hakimidir.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. PAOK 50 xalla liderdir. İki xal az toplayan AEK ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!