Azərbaycan yığmasına lazım olmadı, Almaniyada hamıdan çox qol vurdu

9 Fevral 2024 10:40 Bizimkilər 6 456
Azərbaycan yığmasına lazım olmadı, Almaniyada hamıdan çox qol vurdu

Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşov "Dinamo Berlin"in heyətində növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Dadaşov Almaniyanın Şimal-Şərq Regional Futbol Liqasının 16-cı turunda “Hemi” ilə görüşdə meydana çıxıb.

Qarşılaşma “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində yer alan millimizin keçmiş üzvü 81-ci dəqiqədə əvəzlənib. “Dinamo” 38 xalla ikinci pillədə qərarlaşıb. Dadaşov 13 qolla bombardirlər siyahısına liderlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!