Azərbaycanlı hücumçunun komandası mübarizəni dayandırdı – Türkiyədən VİDEO

8 Fevral 2024 00:50 Bizimkilər 622
Azərbaycanlı hücumçunun komandası mübarizəni dayandırdı – Türkiyədən VİDEO

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Türkiyə kubokunda 1/8 final oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda "Başakşehir"in qonağı olub.

Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.

Burada daha dəqiq olan "Başakşehir" 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

R.Dadaşov start heyətdə meydana daxil olub və 90-cı dəqiqədə əvəzlənib.

"Başakşehir" - "Hatayspor" - 1:1 (penaltilər seriyası - 3:2)
Qollar
: Keni, 23 (1:0), Matondo, 58 (1:1)

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!