“Musa Qurbanlı çətinliklə üzləşib, hücumçular qol vura bilmirsə, bunu kim edəcək?”

8 Fevral 2024 00:40 Bizimkilər 932
“Musa Qurbanlı çətinliklə üzləşib, hücumçular qol vura bilmirsə, bunu kim edəcək?”

İsveç mətbuatı “Yurqorden”in builki çıxışı ilə bağlı problemlərdən danışarkən, komandanın azərbaycanlı hücumçusu Musu Qurbanlının performansına da toxunublar.

Sportinfo.az xəbər verir ki, “Fotbollskanalen” portalı millimizin forvardı barədə bunları yazıb:

“Yurqorden” bu il üç yoldaşlıq oyunu keçirib və hələ bir qol vura bilməyib. Komandanın bu il ilk qolunu kim vuracaq?

Musa Qurbanlı ötən il cəmi iki dəfə qol vurub və çətinliklə üzləşib. “Myölbü” ilə matça (0:1) ehtiyat oyunçular skamyasında başlasa da, ikinci hissədə meydana çıxıb və çətin anlar yaşadı.

Bu yaxınlarda “Yurqorden” bu matça əsas hücumçu kimi başlayan Deniz Hummetlə müqavilə imzalayıb. Amma onun üçün də asan deyil.

O, qol epizodu yaratmadı. Əgər hücumçular qol vura bilmirsə, bunu kim edəcək? Bəlkə Oskar Fallnius?

Lakin onun da Qurbanlı kimi ötən mövsümdə iki qolu var. Görünür, “Yurqorden”in qapıya zərbələr vurmaqda problemi var".

21 yaşlı hücumçu 2023-cü il iyunun 7-də "Yurqorden"ə keçib və onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!