Musa Qurbanlı 45 dəqiqə şans qazandı, komandası uduzdu

7 Fevral 2024 23:20 Bizimkilər 633
Musa Qurbanlı 45 dəqiqə şans qazandı, komandası uduzdu

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" (İsveç) yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Kanar adalarında təlim-məşq toplanışında olan komanda İsveçin digər yüksək liqa təmsilçisi "Myallbu" ilə qarşılaşıb.

Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Musa Qurbanlı fasilədən sonra meydana daxil olub və sona qədər oynayıb.

İsveçdə daxili çempionata ötən ilin noyabr ayında yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub. Yeni mövsümə isə martın 31-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!