Ruslan Abışov "Dinamo"da tanış simasını gördü və onunla… FOTO

3 Fevral 2024 21:00 Bizimkilər 1 204
Ruslan Abışov "Dinamo"da tanış simasını gördü və onunla… FOTO

Azərbaycan yığmasının sabiq müdafiəçisi Ruslan Abışov «İnter»in (indiki «Şamaxı») sabiq baş məşqçisi Kaxaber Sxadadze ilə görüşüb.

«Dinamo» onları bir araya gətirib.

Cütlük hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçən Mahaçqala klubunun düşərgəsində yer alıb.

Gürcüstanlı mütəxəssis həmişə 5-3-2 taktiki sxeminə üsünlük verdiyindən, Rusiya klubunu eyni üslubda oynayan Kurban Berdıyevin iş prinsipləriylə yaxından tanış olmaq üçün bu ölkəyə gəlib.

İstər Abışov, istərsə də Sxadadze birinci liqa təmsilçisinin hazırlıq prosesində iştirak edir.

Onların günü də bir yerdə keçir. Gürcü çalışdırıcı məşqçi olmaq istəyən Abışova təcrübəsini bölüşür, öz məsləhətlərini verir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!