Azərbaycan millisinin iki oyunçusu eyni komandada forma geyinəcək?

31 Yanvar 2024 02:50 Bizimkilər 907
Azərbaycan millisinin iki oyunçusu eyni komandada forma geyinəcək?

Azərbaycan millisinin və “Arda”nın (Bolqarıstan) formasını geyinən Cəlal Hüseynov Türkiyə klublarının diqqət mərkəzindədir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, birinci liqada mübarizə aparan “Kocaelispor” 21 yaşlı müdafiəçi üçün hərəkətə keçib.

İzmit təmsilçisi Cəlalı öncə icarəyə götürmək istəyir.

Bununla yanaşı isə, aşağı liqanın iddialılarından olan klub gələcəkdə onun transfer hüququna da yiyələnməyi planlaşdırır.

Lakin Bolqarıstan klubunun “Kocaelispor”un Cəlalla bağlı təklifinə necə cavab verəcəyi dəqiq deyil.

Hazırda "Kocaelispor"un heyətində millimizin digər üzvü Ramil Şeydayev forma geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!