“Bir nəfərin kluba götürülməməsi barədə xəbər hazırladım, zəng vurdu ki...”

30 Yanvar 2024 20:20 Bizimkilər 655
“Bir nəfərin kluba götürülməməsi barədə xəbər hazırladım,  zəng vurdu ki...”

“Açığı, öz təcrübəmdə yazının silinməsini tələb etmə faktı ilə rastlaşmamışam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Rusiyada çalışan azərbaycanlı jurnalist Anar ibrahimov deyib.

Bu ölkədəki fəaliyyətindən danışan həmkarımız aşağıdakıları söyləyib:

“Hansısa tənqidi yazıya, yaxud ifşa xəbərinə görə redaksiyaya zəng vurub yazının silinməsini tələb edənlər olur?

Bir dəfə Malik Arutyunov adlı agentdən müsahibə götürmüşdüm. Demişdi ki, Arda Turan “Barselona”da oynayan dönəmdə onu “Rostov”a gətirə bilərdim.

Məhz bu sözlər “Rostov” rəhbərliyinin acığına gəlmişdi ki, bəs niyə o, bu haqda danışır? Deyirdilər ki, niyə siz onu yazırsız?

Keçən il bir nəfərin kluba filan-filan səbəblərə görə götürülməməsi barədə xəbər hazırlamışdım. Tam doğru məlumat idi.

Sonradan haqqında yazdığım adam mənimlə əlaqə saxlayıb müəyyən narazılığını bildirmişdi. Bu kimi hallar olur. Amma yazını sildirmək, artıq söhbətlər etmək - xeyr”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!