FİFA-nın transfer qadağası qoyduğu klub azərbaycanlı futbolçunu sifariş edə bilməyəcək?

29 Yanvar 2024 09:20 Bizimkilər 1 146
FİFA-nın transfer qadağası qoyduğu klub azərbaycanlı futbolçunu sifariş edə bilməyəcək?

"Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun Polşadan LKS ilə anlaşdığı barədə məlumat vermişdik.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və klub rəhbərliyi bu keçidə "yaşıl işıq" yandırıb.

Lods təmsilçisi Rahillə müqavilə bağlasa belə, onu qeydiyyatdan keçirə bilməz. Buna səbəb kluba FİFA tərəfindən transfer qadağası qoyulmasıdır.

Polşa təmsilçisi sabiq futbolçuları Mikkel Riqaard və Rikardinyo ilə bağlı maliyyə öhdəliklərini yerinə yetirə bilməyib.

Buna görə LKS maksimum üç qeydiyyat müddəti (transfer pəncərələri) üçün tətbiq oluna bilən transfer qadağası ilə üzləşib. Klub bu borcları ödədikdən dərhal sonra qərar FİFA tərəfindən ləğv ediləcək.

Bu qərardan sonra Lods klubu artıq futbolçulara borclarının bir hissəsini ödəyib. Qalan ödənişlərin 2024-cü ilin yanvar ayının sonuna qədər tamamlanacağı bildirlir.

Bununla belə, klub oyunçularla yeni müqavilələr bağlaya bilər. Lakin onları cəza müddətində qeydiyyatdan keçirə bilməz.

Polşada oyunçuların qeydiyyatına imkan verən qış transfer pəncərəsi yanvarın 29-da başlayacaq və fevralın 27-də başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti