Dörd ay komada qalan hərbçimiz şəhid oldu

29 Yanvar 2024 08:10 Bizimkilər 825
Dörd ay komada qalan hərbçimiz şəhid oldu

Ötən ilin sentyabrında antiterror tədbirləri zamanı yaralanan və indiyədək komada qalan hərbçimiz şəhid olub.

Hərbçimiz, 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu 4 ay sonra Bakıda müalicə aldığı klinikada şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Tovuz rayon Qaraxanlı kəndindəndir.

Müdafiə Nazirliyi hərbçimizin şəhid olması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərin səylərinə baxmayaraq şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!