Ramil Şeydayev yeni komandasında ilk oyununu neçə keçirdi? - VİDEO

29 Yanvar 2024 00:40 Bizimkilər 1 435
Ramil Şeydayev yeni komandasında ilk oyununu neçə keçirdi? - VİDEO

Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası "Kocaelispor" autsayder "Altay"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Ramil Şeydayev bu görüşdə "Kocaelispor"da debüt edib. Start heyətdə meydana çıxan hücumçu 72-ci dəqiqədə əvəzlənib.

O, 40-cı dəqiqədə sarı vərəqə də alıb.

"Kocaelispor"un 2-ci qolunu Ramil Şeydayevi əvəzləyən Kristian Kuaku vurub. O, 90+7-ci dəqiqədə son nöqtəni qoyub.

Bu nəticədən sonra "Kocaelispor" 39 xalla 3-cü, "Altay" 11 xalla 17-ci pillədə qərarlaşıb

"Altay" - "Kocaelispor" 0:2

Qollar: Tanque, 78, Kuaku, 90+7

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!