Legionerimiz haqqındakı müəmmaya "Sportinfo"da aydınlıq gətirdi

29 Yanvar 2024 17:00 Bizimkilər 742
Legionerimiz haqqındakı müəmmaya "Sportinfo"da aydınlıq gətirdi

Qısa müddətdə "Tuzlaspor"un əsas heyət üzvünə çevrilən Bəxtiyar Həsənalizadə son turlar bir qədər kölgəyə çəkilib.

Qış fasiləsinə kimi Türkiyə təmsilçisinin son 12 matçında 90 dəqiqə meydanda olan 31 yaşlı müdafiəçi 3 oyundu bir dəqiqə belə meydana çıxmır.

İki matçı ehtiyat skamiyadan izləyən həmyerlimiz son turda ilk "18-lik"də belə yer almamışdı.

Maraqlıdır, Bekir İrtegun milli komandamızın üzvünə niyə şans tanımır?

Bəxtiyar özü yaranmış müəmmaya aydınlıq gətirib:

"Gənclərbirliyi" ilə görüşdən öncə xəstələnmişdim. Ona görə ehtiyatda oturmalı oldum.

Növbəti matçdan əvvəl isə zədə aldım. İlkin müayinədə ciddi durum olmadığı bildirildi.

Ona görə yenə "18-lik"də yer aldım. Amma növbəti yoxlamada aydın oldu ki, hələ bir müddət də gözləməliyəm.

Son turda iştirak ərizəsinə adım salınmadı. Qarşıdakı turu da buraxmaq ehtimalım yüksəkdir.

Yəni kənarda qalmağım xətələnməyim və zədəli olmağımla bağlıdır. Şükür Allaha başqa hər hansı narahatlıq yoxdur".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!