“Yurqorden”in hücumçusu Musa Qurbanlı hazırda Azərbaycandadır.
İsveç çempionatının başa çatmasına görə istirahətə buraxılan milli üzvü fürsətdən istifadə edərək vətənə qayıdıb.
Fasilə dönəmi olsa da, Musa boş dayanmır. Fitnes zallarında məşq edir, aras-ısra dostları ilə futbol oynayır, sosial şəbəkələrdə gözə dəyir.
Sabiq “Qarabağ”lı məşhur “Tik-Tok”çu Nuqzar Kvirtiyanın təklifinə isti yanaşaraq məşhur blogerlərlə birlikdə futbol çağırışı adlı bloqda yer alıb.
Nuqzarı tanıtmağa gərək yoxdur. Uzun illər Azərbaycan Premyer Liqasında top qovub. Anar Məhərrəmov da vaxtilə peşəkar futbolla məşğul olub. “Parni iz Baku”nun üzvü Tamerlan İmanovla sosial şəbəkə platformalarında “allyfootball” kimi tanınan Ələkbər Quliyev də yarışda yer alıb.
“Dalğa Arena”nın əsas meydanında penalti zərbələri, “çərçivə”yə vuruşlar, topla hərəkətlər üzərində gedən dördlü mübarizədə maraqlı görüntülər lentə alınıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

