“Tipik "9 nömrə"yəm, qol vurmaq mənim həvəsimdir“ - Musa Qurbanlı

13 Dekabr 2023 23:20 Bizimkilər 797
“Tipik "9 nömrə"yəm, qol vurmaq mənim həvəsimdir“ - Musa Qurbanlı

“Mən tipik "9 nömrə"yəm“.

Sportinfo.az xəbər verir ki, bu açıqlama Azərbaycan yığmasının və "Yurqorden"in hücumçusu Musa Qurbanlıya aiddir.

İsveçli jurnalistin sualını cavablandıran gənc forvard oyun tərzindən danışıb:

"Mən hər zaman qol vurmaq üçün fürsət axtaran hücumçuyam. Qol vurmaq mənim həvəsimdir.

Uşaq vaxtı mümkün qədər çox qol vurmaq istəyirdim. Ona görə də həmişə irəlidə düşünməyə çalışıram və variantları axtararaq cərimə meydançasına qaçıram.

Eşitdim ki, "Yurqorden" mənim tipli oyunçu axtarır. Zehni aspekt mənim güclü tərəflərimdən biridir.

Ona görə də bu rolu üzərimə götürməyə hazıram və "Yurqorden" üçün qollar vurmağa başlamağı səbirsizliklə gözləyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?