Ramilin komandası ÇL-də qrupdan çıxa bilmədi

13 Dekabr 2023 01:20 Bizimkilər 642
Ramilin komandası ÇL-də qrupdan çıxa bilmədi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Asiya Çempionlar Liqasının Şərq zonasının qrup mərhələsinin sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda qrup mərhələsinin son turunda öz meydanında Yaponiyanın “Vanfor Kofu” klubu ilə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Ramil Şeydayev diskvalifikasiyaya görə bu görüşdə iştirak etməyib.

6 turun yekunlarına görə, "Buriram Yunayted" 6 xal toplayaraq öz qrupunda sonuncu-4-cü yeri tutub və turnirdə mübarizəni dayandırıb.

Ramil Asiya Çempionlar Liqasında Çinin "Zhejiang" klubu ilə keçirilən oyundan sonra davada iştirak etdiyinə görə 8 oyunluq cəza alıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?