Şəhid atası vəfat etdi - FOTO

13 Dekabr 2023 08:10 Bizimkilər 694
Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Balaqardaş Vəliyevin atası vəfat edib.

Şəhidin atası Fərhad Vəliyev Masallı rayonunda dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

2002-ci il təvəllüdlü Balaqardaş Vəliyev 1 oktyabr 2020-ci il tarixdə şəhid olub. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb.

O, ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?