“Dinamo” Mahiri “hesabdan sildi?” - Fanatlar rəhbərlikdən narazıdır

12 Dekabr 2023 17:20 Bizimkilər 1 571
“Dinamo” Mahiri “hesabdan sildi?” - Fanatlar rəhbərlikdən narazıdır

Zaqreb “Dinamo”sunun azarkeşləri Mahir Emreliyə görə klub rəhbərliyindən narazıdırlar.

Sportinfo.az xəbər verir ki, onlar yay fasiləsində heyətə cəlb olunan ön xətt oyunçularının ümidləri doğrultmadıqlarını düşünürlər.

Fanatlar xüsusən də Sergey Yakiroviçin planlarına daxil olmayan azərbaycanlı forvardın əvəzinə mövsümün əvvəlində daha güclü hücumçu alına biləcəyini qeyd ediblər.

Nəşr isə azərbaycanlı forvardın az oyun şansı qazanmasına baxmayaraq, meydanda olduğu müddətdə keyfiyyətli iş ortaya qoyduğunu yazıb:

“O, son 9 oyuna ehtiyatdan başlayıb, bunun 3-də meydana çıxmayıb. Az oynamaq imkanı qazansa da, qollarda birbaşa iştirak edə bilir və daha effektli olur”.

Mahir Emreli bu mövsüm “Dinamo”nun heyətində ümumilikdə 22 oyun keçirib, 5 qol vurub, 5 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti