Türkiyə klubunun məşqçisi azərbaycanlı hücumçunun arxasında dayandı

12 Dekabr 2023 00:40 Bizimkilər 777
Türkiyə klubunun məşqçisi azərbaycanlı hücumçunun arxasında dayandı

“Renat Dadaşov bizim daimi penalti vuran oyunçumuzdur”.

Sportinfo.az xəbər verir ki, bunu “Hatayspor”un məşqçisi Gökhan Kağıtçıoğlu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun Superliqanın XV turunda “Başakşəhər”lə səfər oyununda penaltini qola çevirə bilməməsi ilə bağlı danışarkən deyib.

Baş məşqçi Volkan Dəmirəl cəzalı olduğu üçün komandanı meydana çıxaran mütəxəssis 24 yaşlı hücumçudan razılıq bildirib:

“O, indiyə qədər bütün penalti zərbələrini qola çevirmişdi. Dadaşov çox güvəndiyimiz futbolçudur.

Futbolda belə hallar olur. Düşünürəm ki, son dəqiqələrdəki yorğunluq və təzyiq zərbəni qola çevirə bilməməsində rol oynadı”.

Renat Dadaşovun 90+9-cu dəqiqədə penaltini qaçırdığı görüşdə “Başakşəhər” 1:0 hesablı qələbə qazanıb. “Hatayspor” hazırda 18 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti