Niderland I Divizionunda 18-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Emmen"i qəbul edib.
Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ozan Can da bu görüşün iştirakçısı olub.
25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının 1-ci və 3-cü qollarını vurub.
18 turdan sonra 26 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

