Azərbaycanlı oyunçu yenə qol vurdu, qalib gəldilər

10 Dekabr 2023 00:30 Bizimkilər 569
Azərbaycanlı oyunçu yenə qol vurdu, qalib gəldilər

Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" doğma meydanda "Keçiörengücü"nü qəbul edib.

Coşqunun komandası rəqibinə 2:0 hesabı ilə qalib gəlib. 28 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 79-cu dəqiqədə əvəzlənib.

Millimizin üzvü 71-ci dəqiqədə komandasının ikinci qolunu vurub. "Ümraniyəspor" 18 xalla 11-ci pillədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti