Şahruddin dünya ulduzları ilə dueldə "mən də varam!" deyə bildi - VİDEO

10 Dekabr 2023 20:20 Bizimkilər 5 088
Şahruddin dünya ulduzları ilə dueldə "mən də varam!" deyə bildi - VİDEO

Türkiyə Superliqasında 15-ci tura start verilib.

İlk oyun günündə bir görüş keçirilib.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəlievin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Qalatasaray"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Şahruddin sözügedən görüşdə start heyətdə yer alıb və sonadək oynayıb.

Məğlubiyyətə rəğmən qarşılaşmanı milli komandamızın "bir nömrəsi" üçün uğurlu hesab edə bilərik.

Yalnız üçüncü qolda penaltiyə səbəbkar olan "Şah" başqa epizodlarda bir neçə dəfə Mauro İkardi, Mertens kimi dünya ulduzlarının fərqlənməsinə əla seyvlərlə mane ola bilib.

Onun çıxarışları türkiyəli şərhçinin də diqqətindən qaçmayıb.

Maraqlı olacağın nəzərə alıb, sabiq "Qarabağ"lının performansını sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti