COP29

“Baxırdılar ki, “Qarabağ”da nə qədər qol vurmuşam, ancaq…“

6 Dekabr 2023 00:30 Bizimkilər 778
“Baxırdılar ki, “Qarabağ”da nə qədər qol vurmuşam, ancaq…“

“Özümdən gözlətinlərim hər zaman böyük olur, çünki məqsədim daima yüksəkdir“.

Sportinfo.az xəbər verir ki, bu açıqlama millinin və “Yurqorden“in hücumçusu Musa Qurbanlıya məxsusdur.

Altı aydan artıqdır İsveç klubunun formasını geyinən forvard bildirib ki, hədəflərin nə qədər yüksək olarsa, nəticə qazanmaq üçün daha çox çalışırsan:

“İsveçə gedəndə məndən gözlətinlər böyük idi. Baxırdılar ki, “Qarabağ”da nə qədər qol vurmuşam, statistikanı izləmişdilər.

Özləri də sırf hücumçu axtarırdılar. Ancaq bu mövsüm qollarım sayı az idi. Gözlətinlərin böyük olması bəzən təzyiqlər yarada bilir.

Amma çalışıram belə şeylərə fikir verməyim. Kənardan gələn fikirlər futbolçuya yaxşı təsir göstərmir.

Bilirdim ki, İsveçə gedəndə asan olmayacaq. Gedən kimi hər şeyin yaxşı olacağını düşünmürdüm”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"