COP29

Türkiyədə 3 top buraxan Şahruddin söz verdi ki…

5 Dekabr 2023 23:00 Bizimkilər 3 518
Türkiyədə 3 top buraxan Şahruddin söz verdi ki…

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”da növbəti oyununu keçirdi.

İlk dəfə sentyabrın 24-də “Kasımpaşa” ilə qarşılaşmada 67 dəqiqə meydanda olan və qapısında 2 top görən 29 yaşlı qolkiper dekabrın 2-də “Samsunspor”la səfər görüşündə əsas heyətdə yer almaqla diqqət çəkdi.

Lakin bu dəfəki oyun da Şahruddin və komandası üçün uğusuz tamamlandı. Meydan sahibləri millimizin üzvünün qapısına 3 dəfə yol tapmaqla 3:2 hesablı qələbəyə sevindi.

Qarşılaşmadan sonra Məhəmmədəliyev sosial şəbəkələrdə müzakirə adamına çevrildi. Onu məğlubiyyətə görə suçlayanlar da oldu, buraxdığı qollarda səhvə yol vermədiyini iddia edənlər də tapıldı.

“Samsunspor”la matçdan sonra Şahruddin “instagram” hesabında türk dilində paylaşım edərək azarkeşlərə təşəkkür edib:

“Hər kəsə salam! Bu möhtəşəm azarkeşlərimizin qarşısında xəyal etdiyim çıxış deyil.

Dəstəyiniz üçün təşəkkür edirəm. Sizi məmnun etmək üçün daha çox çalışacağımıza söz veririk”.

“Adana Demirspor” 14 turdan sonra 23 xal toplamaqla “Trabzonspor”la birlikdə 5-6-cı pillələri bölüşür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"