
Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Slaven"nın qonağı olub.
Qarşılaşma Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir bu görüşün iştirakçısı olmayıb. 26 yaşlı hücumçu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Xallarını 30-a yüksəldən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Paytaxt klubu rəqiblərindən iki oyun az keçirib.