COP29

Mahir Emrelini Astanada kimdən və nədən qorudular?

4 Dekabr 2023 16:40 Bizimkilər 671
Mahir Emrelini Astanada kimdən və nədən qorudular?

Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su Konfrans Liqasında növbəti görüşünü keçirib.

Xorvatiya təmsilçisi Qazaxıstanda yerli “Astana”nın qonağı olub və 2:0 hesabı ilə inamlı qələbə qazanıb.

Lakin azərbaycanlı futbolsevərlərin gözləri yolda qalıb. Əsas heyətdə yer almayan Mahir Emrelinin oyunun gedişində meydana çıxacağına ümid edənlər istəyinə çatmayıb.

Azərbaycan millisinin üzvü “Dinamo”nun “11-liy”in dəyişməz üzvü hesab olunmasa da, baş məşqçi Sergey Jakiroviç ona əksər hallarda güvənir. İstər əsas heyətdə olsun, istərsə də əvəzetmədən.

Emrelinin “Astana Arena”da meydana çıxmamasının səbəbi məlumdur.

Bosniyalı çalışdırıcı oyunun gedişində həmyerlimizə şans vermək istəsə də, Azərbaycan – Ermənistan münaqişəsinə görə risk etməkdən çəkinib.

Buna “Astana”nın heyətində iki erməni futbolçunun – Varazdat Haroyanla Kamo Hovhannisyanın yer alması səbəb olub.

Mahirin hücum planlı, sözgedən futolçularıdan birinin müdafiəçi, digərinin dayaq yarımmüdafiəçisi olduğunu və tez-tez meydanda üz-üzə gələcəklərini nəzərə alan Jakiroviç mümkün insidentdən ehtiyat edib.

Buna görə də oyunun gedişində hücum xəttini gücləndirmək niyyəti güdən 46 yaşlı Emreliyə yox, 19 yaşlı Qabriel Rukavina ilə Petar Suşiçə verib.

26 yaşlı həmyerlimiz cari mövsümdə “Dinamo”nun heyətində bütün turnirlərdə meydana çıxdığı 21 oyunda 5 qol və 5 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!