
Türkiyə 1-ci Liqasında 14-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" "Bandırmaspor"u qəbul edib.
Matç 1:1 hesabı ilə başa çatıb. "Tuzlaspor" qazandığı üç penaltinin ikisindən yararlana bilməyib.
B.Həsənalızadə start heyətdə meydana çıxıb və sonadək oynayıb.
"Tuzlaspor" 12 xalla 18 komanda arasında 16-cı, "Bandırmaspor" 26 xalla 3-cü pillədə qərarlaşıb.
"Tuzlaspor" - "Bandırmaspor" - 1:1
Qollar: Adeniyi, 59-pen. (1:1), Djitte, 90+6 (1:1)