Azərbaycanlı hücumçu "Qalatasaray"a qarşı oyunda - VİDEO

12 Noyabr 2023 00:40 Bizimkilər 949
Azərbaycanlı hücumçu "Qalatasaray"a qarşı oyunda - VİDEO

Türkiyə Superliqasında 12-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" evdə lider "Qalatasaray"ı qəbul edib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə oyuna çıxan Renat Dadaşov 87-ci dəqiqədə əvəzlənib.

"Hatayspor" bu qələbə 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Qalatasaray" 31 xalla (12 oyun) liderdir. Ancaq 30 xalı olan (11 oyun) "Fənərbaxça" sabah "Adana Demirspor"u məğlub etsə, liderliyə yüksələcək.

"Hatayspor" - "Qalatasaray" - 2:1
Qollar:
Rivas, 14 (1:0), Zaha, 28 (1:1), Ze, 55 (2:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti