DTX-nin Laçında inzibati binasının açılışı oldu - FOTOLAR-

9 Noyabr 2023 12:10 Bizimkilər 760
DTX-nin Laçında inzibati binasının açılışı oldu - FOTOLAR-

Zəfər Günündə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib.

Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, DTX-nin rəhbər əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Belə bir inzibati binanın istifadəyə verilməsinin Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğu vurğulanıb. Xidmətin şəxsi heyəti adından dövlət başçısına minnətdarlıq ifadə edilib.



Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 08:30 Birinci kim danışacaq?