Şeydayev Avstraliyada forma geyindi, komandası ÇL-də qələbə qazandılar

8 Noyabr 2023 20:20 Bizimkilər 1 612
Şeydayev Avstraliyada forma geyindi, komandası ÇL-də qələbə qazandılar

Ramil Şeydayevin formasını geyindiyi Tailandın “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasında növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, adıçəkilən komanda Şərq zonasında qrup mərhələsinin IV turunun matçında Avstraliya təmsilçisi “Melburn Siti”ni səfərdə üstələyib.

“Buriram Yunayted” Qoran Kausiçin 86-cı dəqiqədə penaltidən vurduğu yeganə qol sayəsində 1:0 hesablı qalibiyyət əldə edib.

Qarşılaşmaya ehtiyatdan başlayan Ramil Şeydayev 61-ci dəqiqədə meydana çıxıb.

H qrupunda yer alan “Buriram Yunayted” hazırda 6 xalla üçüncü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti