Niderland birinci divizionunda 13-cü turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi “Eyndhoven” evdə “Roda” ilə qarşılaşıb.
Oyunda qalib müəyyənləşməyib – 1:1. Start heyətdə meydana çıxan Ozan Can sona qədər oynayıb.
“Eyndhoven” hazırda 21 xalla 20 kokomanda arasında 8-ci pillədə qərarlaşıb.

