Premyer Liqadan təklif aldı - Rusiya klubunun azərbaycanlı oyunçusu

8 Noyabr 2023 01:50 Bizimkilər 1 054
Premyer Liqadan təklif aldı - Rusiya klubunun azərbaycanlı oyunçusu

"Krasnodar"ın yetirməsi Ruslan Rzayev Azərbaycana gəlməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, hazırda Rusiya aşağı liqasında yarışan “SKA-Rostov”da oynayan yarımmüdafiəçi Premyer Liqa klublarımızdan təklif alıb.

Bir neçə il əvvəl ölkəmizə gəlməyə müsbət yanaşmayan həmyerlimiz artıq karyerasını Premyer Liqamızda sınamaq istəyir.

Onun hansı kluba keçməyə razılıq verdiyi isə hələ ki, dəqiqləşməyib.

Əvvəllər AFFA-dan təklif alan Rzayevin yığma komandalarımızda oynaması reallaşmamışdı. 25 yaşlı vinger "Krasnodar"ın yetirməsidir və bu klubla yanaşı "Armavir", "Kuban Holdinq" klublarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti