İsveç klubunda azərbaycanlı baş məşqçi - FOTO

7 Noyabr 2023 08:30 Bizimkilər 1 133
İsveç klubunda azərbaycanlı baş məşqçi - FOTO

Azərbaycanlı futbol məşqçisi Valeh Qafarov özünə yeni iş yeri tapıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, uzun illərdir ki, İsveçdə yaşayan Qafarov "Örebro"dan ayrılıb. O, qadın futbolunda işləməyə davam edəcək.

Belə ki, həmyerlimiz İsveç aşağı liqasında yarışan "Karslund IF" komandasına baş məşqçi təyin edilib. Onun qarşısına komandanı yüksək liqaya çıxarmaq vəzifəsi qoyulub.

Qafarov buna qədər "Örebro"da həm kişi, həm də qadın futbol komandalarında işləyib. Son dəfə o, "Örebro"nun U-14 qızlar komandasını çalışdırırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti