"Dinamo"nun baş məşqçisi Mahir haqda söylədi ki…

6 Noyabr 2023 11:20 Bizimkilər 1 068
"Dinamo"nun baş məşqçisi Mahir haqda söylədi ki…

"Bu qol, şübhəsiz ki, Mahir Emrelinin özünəinamı üçün yaxşıdır".

Sportinfo.az xəbər verir ki, bunu Zaqreb "Dinamo"sunun baş məşqçisi Sergey Yakiroviç "Varajdin"lə heç-heçə (1:1) etdikləri XIV turun oyunundan sonra deyib.

46 yaşlı mütəxəssis hücum xəttindəki oyunçulardan razı qalmadığını bildirib:

"Biz daha çox təhlükə yaratmalıyıq. Tez-tez rəqib qapısını təzyiqdə saxlamalıyıq. Qapıya zərbə vurmasan, fərqlənə bilməyəcəksən".

"Varajdin"lə matçda 75-ci dəqiqədə meydana çıxan Emreli 90+4-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.

Digər Xəbərlər
Xəbər Lenti