"Mahirin şansı var" - "Sporteke novosti" onun problemi haqda nə yazdı?

16 İyun 2023 01:50 Bizimkilər 861
"Mahirin şansı var" - "Sporteke novosti" onun problemi haqda nə yazdı?

Xorvatiya mətbuatı Mahir Emrelinin "Dinamo"dakı vəziyyətini təhlil edib.

Sportinfo.az xəbər verir ki, "Sporteke novosti" portalı başa çatan mövsümün ikinci yarısını "Konyaspor" da icarə əsasında keçirən azərbaycanlı futbolçunun Zaqreb klubundakı oynamaq şanslarından yazıblar:

"Konyaspor”da uğursuz olan digər hücum variantı Mahir Emreli də geri dönüb. O, Türkiyədə cəmi iki qol vurdu, az oynadı.

Amma Emrelinin Türkiyədəki problemlərini unudub, özünü İqor Bişçana göstərmək şansı var".

45 yaşlı mütəxəssis aprelin 6-da “Dinamo”ya baş məşqçi təyin edilib. Onun müqavilə müddəti bu ayın sonunda bitəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"