Azərbaycanlı gənc futbolçu Şahbaz Şahbazov İspaniyaya yollanıb.
FC ROFM komandasının hücumçusu karyerasını bundan sonra adıçəkilən ölkədə davam etdirəcək.
16 yaşlı forvard «Deportivo Penas»la anlaşıb. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.
Azərbaycanın Əməkdar məşqçisi Adil Mahmudovun yetirməsi olan Şahbazov dördüncü liqada mübarizə aparan «Deportivo Penas»ın U-17 komandasında forma geyinəcək.
Sözügedən klubda daha bir həmyerlimiz çıxıq edir. Ruslan Məmmədov ötən il ora yollanıb. 19 yaşlı bu hücumçu da Adil Mahmudovun yetirməsidir.
SPORTİNFO.AZ

