“Buna göz yummaq ikiüzlülükdən başqa bir şey deyil” - Ayxan Hacızadə

3 Oktyabr 2023 21:50 Bizimkilər 588
“Buna göz yummaq ikiüzlülükdən başqa bir şey deyil” - Ayxan Hacızadə

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Finlandiyanın Cənubi Qafqaz ölkələrindəki səfiri Kirsti Narineninin ermənilərin Qarabağı tərk etməsi ilə bağlı yazısına münasibət bildirib.

O, bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib:

“Ermənistan azərbaycanlılara qarşı çoxsaylı vəhşiliklər törədib. Azərbaycan heç vaxt erməni vətəndaşlarını hədəf almamış, əksinə, onların reinteqrasiyaları üçün təhlükəsiz mühit təmin etmişdir. Birləşmiş Millətlər Təşkilatı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanın erməniləri zorla çıxarmadığını təsdiqləməsinə göz yummaq ikiüzlülükdən başqa bir şey deyil”.

Daha əvvəl finlandiyalı səfir Qarabağ bölgəsinin erməni sakinlərinin regiondan guya könüllü ayrılmadığını yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı