“Ermənistanın yaydığı məlumat yalandır” - Müdafiə Nazirliyi

2 Oktyabr 2023 21:50 Bizimkilər 683
“Ermənistanın yaydığı məlumat yalandır” - Müdafiə Nazirliyi

Oktyabrın 2-si saat 14:25 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinə ərzaq aparan avtomobil texnikasına atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda vurğulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!
4 Noyabr 03:50 Cavanlar sakit oturmur...