"Qətiyyətlə pisləyir və rədd edirik" - Rəsmi Bakıdan Paşinyana cavab

2 Oktyabr 2023 18:30 Bizimkilər 830
"Qətiyyətlə pisləyir və rədd edirik" - Rəsmi Bakıdan Paşinyana cavab

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya “etnik təmizləmə”yə məruz qaldığı barədə bəyanatını qətiyyətlə pisləyir və rədd edirik”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan Baş naziri Nikol Paşinyanın 28 sentyabr tarixli bəyanatına cavabında bildirilir.

“Bu cür həyəcan təbili çalan rəvayət, Ermənistan Baş nazirinin Azərbaycan tərəfindən erməni sakinlərə qarşı heç bir təhlükənin olmadığını söylədiyi 21 sentyabr tarixli bəyanatı ilə ziddiyyət təşkil etməklə yanaşı, o cümlədən Azərbaycanın humanitar dəstək və reinteqrasiya istiqamətində göstərdiyi səyləri pozmağa və Azərbaycan ilə Ermənistan arasında sülhün mümkün perspektivlərini sarsıtmağa hədəflənib”, - rəsmi Bakının cavabında vurğulanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?