Fransa klubunun oyununa təyinat aldı

30 Sentyabr 2023 01:00 Bizimkilər 385
Fransa klubunun oyununa təyinat aldı

Azərbaycanın daha bir FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda iş başında olacaq.

Məsiyev Farer adalarında yerli “Ki Klaksvik” və Fransanın “Lill” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Oktyabrın 5-də Torshavnda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

Xatırladaq ki, digər FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı