"Qarabağ"a qənim kəsilən klub azərbaycanlılara tapşırıldı

30 Sentyabr 2023 13:20 Bizimkilər 6 400
"Qarabağ"a qənim kəsilən klub azərbaycanlılara tapşırıldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, 35 yaşlı ədalət təmsilçisi Polşada yerli "Rakuv" və Avstriya “Ştrum”u arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin II tur matçını idarə edəcək.

Oktyabrın 5-də Polşada oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.

"Rakuv" cari mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində iki görüşün (3:2;1:1) nəticəsinə əsasən "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti